
Qazaxıstan toyuq yumurtasının idxalını qadağan etmək niyyətindədir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, müvafiq əmr Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Açıq normativ hüquqi aktlar” portalında dərc olunub.
Sərəncam layihəsində üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqı ölkələrindən Qazaxıstan Respublikasına bütün növ nəqliyyat vasitələri ilə toyuq yumurtasının idxalına bir ay müddətinə qadağa qoyulması nəzərdə tutulur.
Bu qadağa Qazaxıstan ərazisindən tranzitə, eləcə də Aİİ üzvü olan bir ölkədən Qazaxıstan ərazisindən keçməklə ittifaqın digər üzv dövlətinə daşımalara şamil edilmir.
Nazirlik bu qadağanın əsas məqsədinin yerli istehsalçıları dəstəkləmək və daxili bazarı qorumaq olduğunu açıqlayıb.
Anar Əliyev