Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırmızı bülletenlə axtarışda olan 15 nəfər Türkiyəyə gətirildi

Qırmızı bülletenlə axtarışda olan 15 nəfər Türkiyəyə gətirildi


Qırmızı bülletenlə axtarışda olan 13 cinayətkar və ölkə səviyyəsində axtarışda olan 2 nəfər tutularaq Türkiyəyə gətirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, daxili işlər naziri Ali Yerlikaya bu barədə məlumat verib.

Yerlikaya qeyd edib ki, qəsdən adam öldürmə, cinayət törətmək məqsədi ilə yaradılmış təşkilata üzv olmaq, ağır soyğunçuluq, odlu silah və sənədsiz avtomobil əldə etməklə "qırmızı bülletenlə" axtarışda olan mütəşəkkil cinayət təşkilatının üzvü olan şəxslər Birləşmiş Ərəb Əmirliklərində tutulublar.

Nazir Yerlikaya, "Axtarılan bülleten növündən asılı olmayaraq, harada olurlarsa olsunlar, cinayəti törədənləri bir-bir tutaraq ölkəmizə gətiririk. Millətimizin sülh və təhlükəsizliyi üçün qətiyyətlə çalışırıq və fəaliyyətimiz davam edəcək",- deyə nazir Yerlikaya bikdirib.

Mehman Mehdiyev
Xəbəri paylaş