Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Slovakiya Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək

Slovakiya Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək


Slovakiya iqtisadi problemlərini həll etmədən Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib.

Baş nazir vurğulayıb ki, başqalarının Bratislavadan nə istədikləri barədə deyil, ölkəsinin ehtiyaclarının qarşılanması barədə danışmağın vaxtı çatıb.

Slovakiyanın baş naziri deyib ki, ölkə sənayesi və Rusiyanın enerji resurslarına güvənən enerji şirkətlərinin üzləşdiyi problemləri həll etmək təkliflər irəli sürmək lazımdır. Əks halda Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsini dəstəkləməyəcək.

"Başqalarının bizdən nə istədiyini deyil, bizə lazım olanı yüksək səslə söyləməyin vaxtıdır. Gələn həftə Avropa Şurasının iclasında yenə də əsas diqqət Ukraynaya yardıma yönələcək, amma bizi ölkə daxilində narahat edən məsələlər hara getdi? Slovakiyanın avtomobil sənayesi üçün real dəstəyə, enerji qiymətlərinin həllinə və şirkətlərimizin rəqabət qabiliyyətini təmin etmək planına ehtiyacı var. Buna görə də, mən açıq şəkildə bildirdim ki, Brüsseldən sənaye və enerji ilə bağlı ağlabatan təkliflər olmasa, mən Rusiyaya qarşı daha bir sanksiyalar paketini dəstəkləyə bilmərəm”, - deyə Fiko Facebook-da yazıb.

O qeyd edib ki, Slovakiya suveren xarici siyasət yürüdür və bu siyasət dünyanın dörd bir tərəfinə yönəldilməlidir. Çünki bu, qapalı ideologiyaya əsaslana bilməz.

Süleyman
Xəbəri paylaş