Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Macarıstanda Putinlə görüşəcək

Tramp Macarıstanda Putinlə görüşəcək


ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə iki həftə ərzində Budapeştdə görüşməyə ümid etdiyini bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri bu barədə Putinlə telefon danışığından sonra açıqlama verib.

"Mən deyərdim ki, görüş baş tutacaq. Təxminən iki həftəyə qədər, çox yaxında. Biz Macarıstanda bu ölkənin baş naziri Viktor Orbanın ev sahibliyi ilə görüşəcəyik",-deyə Tramp Ağ Evdə jurnalistlərə danışarkən belə söyləyib.

Ağ Ev rəhbəri Ukrayna böhranının tezliklə ədalətli həll olunacağına ümid etdiyini bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş