
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ilin fevralından Ukrayna iqtisadiyyatına 8,6 milyard avro sərmayə qoyub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə AYİB prezidenti Odil Renaud-Basso deyib.
"Ukrayna məsələsində, müharibə başlayandan bəri biz iqtisadiyyatın real sektorlarını dəstəkləmək üçün 8,6 milyard avro ayırmışıq. Bunun yarısı dövlət sektoruna, infrastrukturun maliyyələşdirilməsinə, digər yarısı isə özəl sektora ayrılıb", - deyə Basso bildirib.
O deyib ki, Ukraynanın enerji infrastrukturuna ciddi diqqət yetirilir.
Mehman Mehdiyev










































