
Gəncədə “Konstitusiya və Suverenlik İli" çərçivəsində 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ağac əkmə aksiyası keçirilib.

Newscenter.az xəbər verir ki, aksiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Nizami Gəncəvi Muzeyi və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub. Muzeyin yaşıllıq zonasında keçirilən ağac əkmə aksiyasında mədəniyyət işçiləri, gənc könüllülər iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.
Süleyman