
Oktyabrın 18-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı”nın açılış mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını itirən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilib.
Agentliyin İcraçı direktoru Aygün Əliyeva iştirakçıları salamlayaraq bildirib ki, proqramda 100-ə yaxın QHT-dən təmsilçilər iştirak edir, təlimlər zamanı iştirakçıların layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda bilik və bacarıqları artırılacaq.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov iştirakçılara uğurlar arzulayıb.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT nümayəndələrinə sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, İndiyədək Agentlik tərəfindən 5 “İnkişaf və Mübadilə Proqramı” həyata keçirilib. Onlar 2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə isə Naxçıvan və Şamaxı şəhərlərində baş tutub. Ümumilikdə bu proqramlarda 500-dən çox QHT nümayəndəsi iştirak edib.
Süleyman