
ABŞ Energetika Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatların kommersiya neft ehtiyatları keçən həftə 5,2 milyon barel artıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, nəticədə Amerikanın neft ehtiyatları 31 oktyabr 2025-ci il tarixinə 421,2 milyon barrelə çatıb.
Məlumatda bildirilib ki, cari ehtiyat səviyyəsi ilin bu vaxtı üçün beşillik orta göstəricidən 4% aşağıdır.
Qeyd edək ki, Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin yanvar fyuçerslərinin qiyməti 0,61% azalaraq 64,05 dollar/barelə, WTI markalı xam neftin dekabr fyuçerslərinin qiyməti isə 0,84% azalaraq 60,05 dollar/barelə düşüb.
Anar Əliyev












































