Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada Stalin dövrünə aid olan bina satışa çıxarıldı

Rusiyada Stalin dövrünə aid olan bina satışa çıxarıldı


Rusiyada Stalin dövründən qalma bina satılır. Bina Sankt-Peterburqda yerləşir.

Newscenter.az TASS-a istinadən bildirir ki, iki mənzildən ibarət çoxotaqlı, 607 kvadratmetrlik əmlak 1,1 milyard rubla təklif olunub.

Mülk, Sankt-Peterburqun Petroqradski rayonunda, 1958-ci ildə tikilmiş Stalinist neoklassik binada yerləşir. Əmlak müvafiq olaraq 319 və 292 kvadratmetr olan iki mənzildən ibarətdir. İki səviyyəli mənzillər 2016-cı ildə tamamlanan çardaq mərtəbəsində yerləşir. Onların açıq planı, panoramik pəncərələri, dam terrası və Neva çayına və Şimal paytaxtın digər görməli yerlərinə baxan eyvanları var.

Mehman Mehdiyev
Xəbəri paylaş