Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada uçan taksilərdən istifadə olunacaq

Rusiyada uçan taksilərdən istifadə olunacaq


Bazar tənzimlənməsi sayəsində kiçik və pilotsuz təyyarələrin inkişaf etdirildiyi Çin hava taksilərinin tətbiqində Rusiya üçün nümunə ola bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu pilotsuz və yüngül təyyarələr üçün “RunAvia.ru” uçuş təhlükəsizliyi xidmətinin yaradıcısı, aviasiya eksperti Andrey Patrakov deyib.

O deyib ki, keçən ildən bəri bu bazar seqmentinin tənzimlənməsi üçün riskə əsaslanan yanaşma sayəsində kiçik və pilotsuz təyyarələrin yüksək səviyyədə inkişaf etdiyi Çində pilotsuz hava taksiləri artıq istifadə olunmağa başlayıb.

Patrakov deyib ki, Rusiya ilk növbədə SSRİ-də olduğu kimi yüngül pilotlu təyyarələrdən istifadə edən adi hava taksilərini canlandırmalıdır:


"Bununla da pilotsuz hava taksilərinin inkişafının əsası qoyulacaq".

Ekspertin fikrincə, bu, sənayenin özünütənzimləmə mexanizmi sayəsində mümkün olacaq:

“İnzibati maneələr aradan qaldırıla bilər və hava taksi bazarı dövlət subsidiyaları olmadan inkişaf edə biləcək”.

Patrakovun sözlərinə görə, Rusiyada hava taksilərinin inkişafı hazırda çox baha başa gəlir və inzibati maneələrə görə iqtisadi cəhətdən mümkün deyil.

Anar Əliyev
Xəbəri paylaş