
Özbəkistanda dövlət və qeyri-dövlət tibb təşkilatlarında dövlət büdcəsi hesabına tibbi yardımın göstərilməsi proseduru müəyyən edilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Hökumət bu məsələ ilə bağlı qaydanı təsdiq edib.
Qaydaya əsasən, tibbi yardım aşağıdakı hallarda göndəriş əsasında dövlət vəsaiti hesabına göstərilir:
rayon (şəhər) və regional səviyyələrdə - əhalinin bütün kateqoriyalarına;
respublika səviyyəsində - imtiyazlı xəstələrə.
Tibbi yardım almaq üçün xəstə bağlı ilkin səhiyyə müəssisəsinə müraciət edir. Ailə həkimi tərəfindən müayinədən keçirildikdən sonra, zərurət yarandıqda, o, dar ixtisaslı mütəxəssisə göndərilir.
Xəstələr mövcud klinik protokollara və diaqnostika, müalicə standartlarına uyğun olaraq 1 iş günü ərzində dar ixtisaslı mütəxəssis tərəfindən müayinə olunur.
Xəstə məlumatları respublika səviyyəsində tibbi seçim komissiyaları tərəfindən istiqamət üzrə öyrənilir və 2 iş günü ərzində elektron informasiya sistemi vasitəsilə nəticə verilir.
Anar Əliyev











































