Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prostat vəzi xərçənginin erkən diaqnostikası üçün yeni preparat hazırlanıb

Prostat vəzi xərçənginin erkən diaqnostikası üçün yeni preparat hazırlanıb


Tomsk Politexnik Universitetinin (TPU) alimləri və onların həmkarları prostat vəzi xərçənginin, o cümlədən onun erkən mərhələlərində effektiv diaqnostika üçün yeni radiofarmasötik antaqonist hazırlayıblar.

Newscenter.az TASS-a istinadən bildirir ki, universitetin mətbuat xidmətindən verilən məlumata görə, I mərhələnin klinik sınaqları Tomsk Milli Elmi-Tədqiqat Tibb Mərkəzinin Onkologiya Elmi-Tədqiqat İnstitutunda aparılıb və yaxşı dözümlülük, yüksək dəqiqlik nümayiş etdirib.

Universitet qeyd edib ki, prostat xərçəngi Avropada kişilərdə diaqnoz qoyulan bütün xərçəng hadisələrinin təxminən dörddə birini təşkil edir. O, həmçinin regionda kişilərdə xərçəngdən ölüm hallarının üçüncü səbəbidir. Qan biomarkerinin ölçülməsi görüntüləmə və biopsiya ilə birlikdə prostat xərçəngi diaqnozunda əsas rol oynayır.

Bildirilir ki, prostat vəzinin hiperplaziyası zamanı GRPR ifadəsinin olmaması ilkin mərhələdə xoşxassəli şişləri bədxassəli şişlərdən ayırmaq üçün unikal imkan yaradır.

Mehman Mehdiyev
Xəbəri paylaş