Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Rusiyadan pələng alır

Qazaxıstan Rusiyadan pələng alır


Qazaxıstan Rusiyadan pələng alır.

Newscenter.az-ın "Sputnik Qazaxıstan"a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəçilik və Vəhşi Təbiət Komitəsinin sədri Daniyar Turqambayev bildirib ki, 2026-cı ildə Rusiyadan Qazaxıstana 3-4 pələng gətiriləcək.

Hazırda ölkədə tarixi yaşayış yerlərində heyvan növlərinin populyasiyasının bərpası üçün tədbirlər görülür. O bildirib ki, genişmiqyaslı təşəbbüslərdən biri də pələnglərin Qazaxıstan təbiətinə qaytarılması layihəsidir.

Turqambayev həmçinin xatırladıb ki, 2018-ci ildə ümumi sahəsi 415 min hektardan çox olan İle-Balxaş Dövlət Təbiət Qoruğu yaradılıb. Orada toqay meşələrinin bərpası və ərazinin qorunması və monitorinqi üçün infrastrukturun inkişaf etdirilməsi üzrə işlər aparılıb.

"3,5 hektar ərazidə pələnglər və çöl donuzu üçün çəpərlər, eləcə də baytarlıq məntəqəsi tikilib. Gələcəkdə balaların doğulmasından sonra gənc pələnglərin peyk nəzarəti altında təbii mühitə buraxılması planlaşdırılır. Yetkin cütlük elmi və təhsil məqsədləri üçün ziyarətçi mərkəzinin yaxınlığındakı çəpərdə qalacaq. 2026-cı ildə Rusiyadan 3-4 pələngin gətirilməsi planlaşdırılır", - deyə o bildirib.

Anar Əliyev
Xəbəri paylaş