
Qırğızıstan prezidenti Sadır Japarovun Misirə rəsmi səfəri başa çatıb.
Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, səfər zamanı Qahirədəki Əl-İttihadiyə Prezident Sarayında Prezident Sadır Japarovun Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə rəsmi görüşü keçirilib.
Dövlət başçıları bu səfərin Qırğızıstan-Misir münasibətlərinə yeni təkan verəcəyinə və əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracağına əminliklərini bildirdilər.
Prezident Sadır Japarov Misirə rəsmi səfərini başa vurduqdan sonra 5 noyabrda Vaşinqtona (ABŞ) uçub.
Anar Əliyev











































