
Qırğızıstan prezidenti Prezident Sadır Japarov ABŞ-a işgüzar səfər edib.
Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki,
Sadır Japarovu ABŞ Dövlət Katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisi Pol Kapur və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, səfər zamanı Sadır Japarov dövlət başçılarının "C5+1" formatında növbəti görüşündə iştirak edəcək. Tədbir "C5+1" dialoq platformasının 10 illiyini qeyd etmək üçün təşkil olunur və həmçinin Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparmaq məqsədi daşıyır.
Qırğızıstan Prezidenti Sadır Japarov və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında ikitərəfli görüş də planlaşdırılır.
Anar Əliyev











































