Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu qatarla toqquşub, yaralılar var

Sərnişin avtobusu qatarla toqquşub, yaralılar var


Rusiyada sərnişin avtobusu qatarla toqquşub.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Xabarovskda qeydə alınıb.

Belə ki, sözügedən şəhərdə sərnişin avtobusu qatara çırpılıb. Qəza nəticəsində dörd nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Xabarovsk diyarı Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, Kola Beldı 4/3 yaxınlığındakı dəmiryol keçidində 40 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayaraq dəmir yolu xəttinin üzərinə çıxıb. Nəticədə avtobus dəmir yolu ilə hərəkət edən qatara çırpılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş