
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Vaşinqtona səfərə gedib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan prezidentini ABŞ dövlət katibinin müavini Kristofer Landau qarşılayıb.
Sabah dövlət başçısı prezident Donald Trampla danışıqlar aparacaq və Orta Asiya-ABŞ sammitində iştirak edəcək.
Prezident Qasım-Jomart Tokayev ABŞ-da təhsil alan qazax tələbələrlə də ayaqüstü görüşüb.
Mehman Mehdiyev











































