
BMT Təhlükəsizlik Şurası Suriyanın müvəqqəti keçid hökumətinin prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, BMT Təhlükəsizlik Şurası Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa və Ərəb Respublikasının keçid dövrü daxili işlər naziri Ənəs Xəttabın BMT-nin sanksiya siyahısından çıxarılmasını nəzərdə tutan qətnamə qəbul edib.
Sənəd ABŞ tərəfindən hazırlanıb. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü Rusiya da daxil olmaqla, qətnamənin lehinə səs verib. Çin isə səsvermədə bitərəf qalıb.
Mehman Mehdiyev












































