Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konstitusiyanın aliliyi və xalqın birliyi – müstəqil Azərbaycanın gələcəyinin əsas təminatıdır

Konstitusiyanın aliliyi və xalqın birliyi – müstəqil Azərbaycanın gələcəyinin əsas təminatıdır



2025-ci il Azərbaycanda xüsusi bir əhəmiyyət daşıyan il kimi tarixə düşüb. Bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu qərar təsadüfi deyil, çünki Azərbaycanın dövlət müstəqilliyi, milli suverenliyi və Konstitusiyası bu gün xalqımızın azad, güclü və hüquqi dövlət kimi yaşamasının əsasını təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyası – xalqımızın iradəsini, dövlətin quruluşunu, insan və vətəndaş hüquqlarını təmin edən ali qanundur. 1995-ci il noyabrın 12-də qəbul edilən bu sənəd ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasının hüquqi bazasını yaratdı. Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması həm də müstəqilliyimizin bərpasının və bu müstəqilliyin hüquqi əsaslarının 30 illik yoluna dərin bir hörmətin ifadəsidir.

Konstitusiyanın əhəmiyyəti təkcə qanunlar toplusu olmasında deyil, həm də cəmiyyətin bütün sahələrində sabitlik, ədalət və bərabərlik prinsiplərinin təmin edilməsindədir. Bu sənəd hər bir Azərbaycan vətəndaşının hüquqlarını qoruyur, dövlətin və cəmiyyətin qarşılıqlı münasibətlərini tənzimləyir. Konstitusiyanın ədalətli şəkildə tətbiqi ölkəmizin hər bir sahədə inkişafına – iqtisadi, siyasi, sosial və mədəni həyatına böyük töhfə verir.Suverenlik isə Azərbaycan xalqının öz taleyini müstəqil şəkildə müəyyən etməsi deməkdir. 1991-ci ildə bərpa olunmuş müstəqilliyimiz sonrakı illərdə qorunub möhkəmləndirildi, dövlətçiliyimiz sarsılmaz təməllər üzərində inkişaf etdi.

Xüsusilə də 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Qələbə xalqımızın suverenliyinin bərpasının ən ali ifadəsi oldu. Bu qələbə sayəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi, tarixi ədaləti bərpa etdi və öz suveren hüquqlarını tam şəkildə həyata keçirdi.2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm də gənc nəsildə vətənpərvərlik duyğularının, dövlətçilik ənənələrinin və hüquqi düşüncənin daha da gücləndirilməsi məqsədi daşıyır. Bu il ərzində məktəblərdə, universitetlərdə, dövlət qurumlarında və ictimai təşkilatlarda Konstitusiyanın mahiyyətini, suverenliyin dəyərini anlatmaq üçün müxtəlif tədbirlər keçiriləcək.

Bu il bizi bir daha düşündürür ki, dövlətin gücü yalnız iqtisadi və hərbi sahədə deyil, həm də hüquqa, ədalətə və milli birliyə söykənir. Hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın ona verdiyi hüquq və azadlıqlardan istifadə etməklə yanaşı, dövlət qarşısında olan borcunu da dərk etməlidir.Nəticə etibarilə qeyd etmək olar ki ,“Konstitusiya və Suverenlik İli” – bu, sadəcə bir şüar deyil, Azərbaycanın dövlətçilik fəlsəfəsini, milli kimliyini və hüquqi düşüncəsini birləşdirən mənəvi çağırışdır. Bu il bizə bir daha xatırladır ki, suverenliyin qorunması, Konstitusiyanın aliliyi və xalqın birliyi – müstəqil Azərbaycanın gələcəyinin əsas təminatıdır.

Bakı Qızlar Universiteti tələbəsi Xudaşlı Ləman
Nəsimi rayon gənci
Xəbəri paylaş

AQEM platformasinda azərbaycanin sülh, təhlükəsizlik və əməkdaşliq gündəliyi

AQEM platformasinda azərbaycanin sülh, təhlükəsizlik və əməkdaşliq gündəliyi

Prezident İlham Əliyevin 7-ci Zirvə Görüşündəki çıxışı: beynəlxalq hüquqa hörmət, regional sabitlik və Avrasiya məkanında yeni əməkdaşlıq imkanları Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb geosiyasi proseslər, regional münaqişələr, təhlükəsizlik təhdidləri və iqtisadi rəqabətlə....

Təhlükəsiz gələcək naminə: ədalətli yanaşma, bərabərhüquqlu əməkdaşlıq və etibarlı tərəfdaşlıq

Təhlükəsiz gələcək naminə: ədalətli yanaşma, bərabərhüquqlu əməkdaşlıq və etibarlı tərəfdaşlıq

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyinin qorunması, ərazi bütövlüyünə hörmət və münaqişələrin ədalətli həlli əsas məsələlərdəndir. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə ikili standartlarla yanaşılması, qəbul edilən qərarların icrasının təmin olunmaması qlobal....

Azərbaycan-Laos əməkdaşlığı: Nəqliyyat və quruculuq

Azərbaycan-Laos əməkdaşlığı: Nəqliyyat və quruculuq

. Müasir dövrdə nəqliyyat yolları və logistika imkanları ölkələrin iqtisadi inkişafında, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Dövlətlər üçün əsas məsələ yalnız yollar və dəmir yolları inşa etmək deyil, həm də bu infrastrukturu səmərəli istifadə etməklə yeni ticarət əlaqələri....

Deputat Səbinə Xasayeva Lökbatan qəsəbəsində  seçicilərlə görüşüb

Deputat Səbinə Xasayeva Lökbatan qəsəbəsində  seçicilərlə görüşüb

Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının inzibatı binasında seçicilərlə görüş keçirib. Newscenter.az xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq....

Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun....

Hazırda Füzuli rayonunda böyük quruculuq işləri həyata keçirilir

Hazırda Füzuli rayonunda böyük quruculuq işləri həyata keçirilir

Oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalından azad edilməsinin 6 ili tamam olur. Artıq Füzulinin də işğal tarixini deyil, işğaldan azad edilməsi tarixini qürurla qeyd edirik. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi müəyyən olunub. Bütün xalqımız,....

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda iştirak edib

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda iştirak edib

Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana səfəri çərçivəsində 8-ci “Yeni İpək Yolu” (“New Silk Way”) biznes-forumunda iştirak edib. Newscenter.az-a ADY-dən bildirilib ki, “Rəqəmsal İpək Yolu: Süni intellekt və logistikanın qabaqcıl texnologiyaları” mövzusunda keçirilmiş....

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb. Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini....

Azərbaycan olmadan Türkiyənin Qafqaz və Mərkəzi Asiya regionunda mövcudluğu mümkün deyil

Azərbaycan olmadan Türkiyənin Qafqaz və Mərkəzi Asiya regionunda mövcudluğu mümkün deyil

"BMT Baş Assambleyasının sessiyasında İsrailin Baş Naziri Benyamin Netanyahunun çıxışı zamanı zalı tərk etməyən Azərbaycan nümayəndə heyətinə sosial şəbəkələrin Türkiyə seqmentində başlayan qaragüruh münasibət ölkəmizdə ümumtəhsil məktəblərində vahid geyim formasının tətbiqinin....

Cənub-Şərqi Asiyadan Cənubi Qafqaza uzanan diplomatik və strateji körpü

Cənub-Şərqi Asiyadan Cənubi Qafqaza uzanan diplomatik və strateji körpü

Müasir beynəlxalq münasibətlər sistemində fəal diplomatiyası və prinsipial mövqeyi ilə seçilən Azərbaycan Respublikası coğrafi sərhədləri aşaraq müxtəlif region ölkələri ilə dostluq və tərəfdaşlıq əlaqələrini sürətlə genişləndirir. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti....

Azərbaycan öz daxili imkanları hesabına Qarabağ və Şərqi Zəngəzuru bərpa edir və qurur

Azərbaycan öz daxili imkanları hesabına Qarabağ və Şərqi Zəngəzuru bərpa edir və qurur

"Oktyabrın 15-də Azərbaycan qlobal Zirvə Toplantılarından birinə ev sahibliyi etdi. Zirvə Toplantısında Azərbaycan Prezidenti çıxışında nəinki regionumuz, bütövlükdə daha geniş coğrafiyada bölgə üçün strateji hədəfləri elan etdi. Artıq 23 ildir ki, Azərbaycan cənab Prezident İlham Əliyevin....

Milli Məclis prezident İlham Əliyev və Birinci vitse-prezidentə təbrik ünvanlayıb

Milli Məclis prezident İlham Əliyev və Birinci vitse-prezidentə təbrik ünvanlayıb

Milli Məclis adından Azərbaycan Respublikasının prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 18 oktyabr-Müstəqilliyin bərpası günü münasibətilə təbrik məktubu ünvanlanıb. Newscenter.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında....

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 12 məsələ müzakirə ediləcək

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir. Newscenter.az xəbər verir ki, iclasın gündəliyinə yeni hazırlanmış Dövlət Qulluğu Məcəlləsinin layihəsi daxil olmaqla ümumilikdə 12 məsələ daxil edilib. İclasa spiker Sahibə Qafarova sədrlik edir. Süleyman....

30 ilin torpaq həsrətinə 44 gündə son qoyuldu

30 ilin torpaq həsrətinə 44 gündə son qoyuldu

Füzuli şəhərinin azad olunduğu gün Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutur. Son altı ildə torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd etməyimiz böyük xoşbəxtlik və qürurverici hadisələrdir. Bu, dövlətimizin qətiyyətinin, ədalətə və beynəlxalq hüquqa....

Buxarada səfir. Rəşad Məmmədovun təqdimatında tələbələr üçün Azərbaycan–Özbəkistan tarixi-mədəni əlaqələrinə həsr olunmuş seminar keçirilib

Buxarada səfir. Rəşad Məmmədovun təqdimatında tələbələr üçün Azərbaycan–Özbəkistan tarixi-mədəni əlaqələrinə həsr olunmuş seminar keçirilib

Buxarada təşkil olunan “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Rəşad Məmmədovun iştirakı ilə tələbələr üçün Azərbaycan–Özbəkistan tarixi-mədəni əlaqələrinə həsr olunmuş seminar....

Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır

Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır

AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə qəbul olunan qərarlar, iştirakçı dövlətlərin Azərbaycanın sədrliyinə verdiyi yüksək qiymət və Prezident İlham Əliyevin səsləndirdiyi strateji mesajlar tədbirin siyasi əhəmiyyətini daha da artırdı. Zirvə Görüşünün ən mühüm nəticələrindən biri....

Füzuli- zəfərin, dövlət iradəsinin və Böyük Qayıdışın rəmzi

Füzuli- zəfərin, dövlət iradəsinin və Böyük Qayıdışın rəmzi

Azərbaycan tarixində elə günlər var ki, onların mənası təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın yaddaşında azadlıq, milli birlik, tarixi ədalət və dövlətçilik iradəsinin ifadəsi kimi yaşayır. Oktyabrın 17-si – Füzuli şəhərinin işğaldan azad edildiyi gün də məhz belə əlamətdar....

İşğaldan azad edilmiş ərazilərə aid olan günlər ehtiramın, inamın günüdür

İşğaldan azad edilmiş ərazilərə aid olan günlər ehtiramın, inamın günüdür

İşğalçı dövlət olan Ermənistan elan etmədən başladığı ədalətsiz müharibədə Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Məlum dövlətlər onun işğalçılığını hərdən gizlin, hərdən aşkar dəstəkləyirdi. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirdi, havadarlarının həm....

Yaponiyada güclü zəlzələ xəbərdarlığı

Yaponiyada güclü zəlzələ xəbərdarlığı

Yaponiya Milli Meteorologiya Agentliyi Hokkaydonun şimal-şərqində baş verəcək güclü zəlzələ ilə bağlı təcili xəbərdarlıq elanını ləğv edib. Newscenter.az TASS-a istinadən bildirir ki, Yaponiyanın geniş ərazilərində - Tokiodan Hokkaydoya qədər sakinlərə güclü təkanlar barədə xəbərdarlıq edilmişdi.....

Sözə dəyər verən şair Bəradər Səməndərlinin 60 illik yubileyi qeyd olundu

Sözə dəyər verən şair Bəradər Səməndərlinin 60 illik yubileyi qeyd olundu

Ədəbiyyat elə bir mənəvi xəzinədir ki, onun dəyərini yaradan, sözün qüdrətini yaşadan, qəlblərə yol tapansa sənətkarların yaradıcılığıdır. Şair sözü ilə insanın duyğularına toxunur, düşüncələrini ifadə edir, cəmiyyətin mənəvi dünyasına öz töhfəsini verir. Bu baxımdan ömrünün qırx ilindən çoxunu....