Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Kənan Əlihüseyn oğlu Seyidov və general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifli, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyev, polkovnik Anar Tofiq oğlu Hüseynov və polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova kontr-admiral ali hərbi rütbəsi verilib.

Sevinc Mehdiyeva
Xəbəri paylaş