
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Vaşinqtonda keçirilən C5+1 sammiti çərçivəsində ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri ilə görüş keçirib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu dialoq iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Konqresmen Bill Hayzenqa Prezident Şavkat Mirziyoyevi qəbul etdikdən sonra görüş barədə fikirlərini bölüşüb.
"Şavkat Mirziyoyevlə görüş çox faydalı oldu", – deyə Hayzenqa bildirib.
Son illərdəki əlaqələrimizi müzakirə etməklə yanaşı, münasibətlərimizin gələcəkdə necə inkişaf edə biləcəyini də nəzərdən keçirdik. Təhlükəsizlik, enerji, mineral ehtiyatlar və ticarət sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Düzdür, münasibətlər hazırda yaxşı inkişaf edir. Eyni zamanda, tərəfdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar var.
Konqresmen həmçinin yaxın gələcəkdə Özbəkistana səfər etmək niyyətində olduğunu qeyd edib:
Mehman Mehdiyev












































