Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ilə ticarət dövriyyəsi 9,5% azalacaq

Rusiya ilə ticarət dövriyyəsi 9,5% azalacaq


Çinin Rusiya ilə ticarət dövriyyəsi azalır.

Newscenter.az TASS-a istinadən bildirir ki, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5% azalaraq 183,24 milyard dollar təşkil edib.

Statistikaya görə, ticarət dövriyyəsinin ümumi həcminin 9,5% azalması həm Çinin Rusiya Federasiyasına ixracının 6,7% azalaraq 82,07 milyard dollara, həm də Rusiya mallarının Çinə idxalının 12,6% azalaraq 101,17 milyard dollara düşməsi ilə bağlıdır.

Bu dövrdə Çinin ümumi xarici ticarət həcmi 5,24 trilyon dollara çatıb. Çinin ixracı bütövlükdə 5,3% artaraq 3,08 trilyon dollara, idxalı isə 2,7% artaraq 2,15 trilyon dollara çatıb.

Mehman Mehdiyev
Xəbəri paylaş