Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahbaz Şərif 7-8 noyabrda Azərbaycanda səfərdə olacaq

Şahbaz Şərif 7-8 noyabrda Azərbaycanda səfərdə olacaq




Pakistanın Baş naziri Şahbaz Şərif 7-8 noyabrda Azərbaycana rəsmi səfər edəcək.

Newscenter.az-ın xəbərinə görə, bu barədə "Report" Pakistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir.

XİN-də qeyd ediblər ki, Azərbaycana səfəri çərçivəsində Ş.Şərif Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.

"Səfər zamanı Baş nazir Qələbə Günü münasibətilə keçirilən rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək. Danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin bütün spektrinin müzakirəsinə və ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyən edilməsinə yönələcək", - Pakistan XİN-in məlumatında deyilir.
Xəbəri paylaş