
Macarıstanın paytaxtı Budapeştdə Rusiya-Amerika sammitinin keçirilməsi imkanının müzakirəsi davam edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz bu barədə danışırıq. Bunu Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra danışacağıq. Biz bununla bağlı Viktor Orban ilə danışdıq. O, Putini başa düşür, onu çox yaxşı tanıyır", - deyə Amerika lideri bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu müharibəyə çox da uzaq olmayan gələcəkdə son qoyacağıq.
Anar Əliyev












































