
Bu gün biz təkcə bir ticarət platforması açmırıq, bu gün biz bir ev qururuq. “Azərbaycan–İsrail Ticarət Evi” — yalnız iqtisadi əməkdaşlıq məkanı deyil, qəlbləri birləşdirən bir ocaqdır.

Ev hər zaman öz ruhu olan yerdir. Evdə hər şey olur, bəzən razılıq, bəzən fikir ayrılığı, bəzən sevincli günlər, bəzən də kədərli anlar. Amma bütün bu hissələr bir evi canlı edir və bir ailəni həqiqi edir.

Azərbaycan və İsrail də belədir. Bu iki dövlət bir-birini dərin hörmətlə tanıyır, dostluğun dəyərini bilir və ən vacibi — dünya nə qədər dəyişsə də, münasibətlərindəki istiliyi qorumağı bacarır.

Bu gün isə biz elə bir ev yaradırıq ki, bu ocağın işığı daim yanacaq. Burada əməkdaşlıq, qarşılıqlı hörmət və anlayış üçün yer var. Buraya gələn hər kəs özünü qonaq kimi deyil, öz evindəki kimi hiss edəcək.

Unutmayaq ki, harmoniya pulun miqdarında deyil. Harmoniya etimadda yaşayır.
Harmoniya birlik hissində doğulur.

Harmoniya insanların özlərini bir ailənin üzvü kimi hiss etdiyi yerdə olur.
David Seliverstov,
Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri












































