Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Tənzilə Rüstəmxanlı Ərdoğanın müavini ilə görüşüb

Deputat Tənzilə Rüstəmxanlı Ərdoğanın müavini ilə görüşüb


Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Tənzilə Rüstəmxanlı səmimi qəbul üçün Kürşad Zorluya təşəkkür edib, Azərbaycan-Türkiyə münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdirilməsində qurumun önəminə diqqət çəkib.

Görüşdə türk dünyası ilə əlaqələrin daha da intensivləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib, bunun təxirəsalınmaz gerçəklik olduğu vurğulanıb.
Xəbəri paylaş