
Fövqəladə və Səlahiyyətli Səfiri cənab Roni Kraus yalnız diplomatik missiya yerinə yetirən şəxs deyil — o, dövlətçilik təfəkkürünə sahib olan, strateji düşünən, həm peşəkar diplomat, həm də Azərbaycan-İsrail dostluğunun səmimi və etibarlı dayağıdır.
Cənab Kraus təkcə İsrailin sadiq patriotudur, o həm də Azərbaycanı ürəkdən sevən, bu ölkənin dəyərlərinə, multikultural harmoniyasına, tolerantlıq ənənəsinə dərin hörmət bəsləyən bir dövlət nümayəndəsidir.
Roni Krausun diplomatik fəaliyyəti yüksək peşəkarlıq məktəbidir:
1.qərarlarında diqqətli və balanslı,
2.dialoqa açıq və dəqiq analiz edən,
3.iki tərəf arasında strateji əməkdaşlığı gücləndirən,
4.çətin situasiyalarda soyuqqanlı və praqmatik yanaşan diplomatdır.
Onun fəaliyyəti sayəsində Azərbaycan ilə İsrail arasındakı siyasi, iqtisadi, təhlükəsizlik və humanitar əməkdaşlıq daha da güclənib. O, iki xalq arasında illərlə formalaşmış səmimi münasibəti daha möhkəm və dayanıqlı platformaya çevirib.

Azərbaycan–İsrail dostluğuna töhfə
Cənab Kraus göstərib ki, diplomatiyanın gücü yalnız müqavilələrdə deyil, həm də xalqlar arasında etimadın və hörmətin qurulmasındadır.
O, bu etimadın qurulmasında ön sıralarda dayanan, qəlbən səmimi olan və iki millətin dostluğuna dəyər qatan dəyərli şəxsiyyətdir.
David Seliverstov,
Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri











































