Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Rusiyadan boru kəməri qazı idxalını artırıb

Çin Rusiyadan boru kəməri qazı idxalını artırıb



Rusiya yanvar-oktyabr aylarında Çinə boru kəməri qaz ixracını 17,8% artıraraq 7,85 milyard dollara çatdırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi (GAC) məlumat yayıb.

Agentliyin statistikasına əsasən, Rusiya Çinin enerji təchizatında liderdir.

Rusiyadan sonra Türkmənistan Çinə qeyd edilən enerji resursunun ixracatında liderdir. Yanvar-oktyabr aylarında onun göstəricisi 12,9% azalaraq 7,03 milyard dollar təşkil edib. Siyahıda sonrakı yerlərdə Myanma (1,29 milyard dollar), Qazaxıstan (945,73 milyon dollardan çox) və Özbəkistan (təxminən 695,58 milyon dollar) qərarlaşıb.

Rusiya boru kəməri qazının Çinə ixracına gəlincə, təkcə oktyabrda onlar sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 30% azalaraq 560,89 milyon dollar təşkil edib.

Cavid İmaməliyev
Xəbəri paylaş