Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika Ukrayna müxalifətini Ədliyyə Nazirliyini tutmağa təhrik edib

Amerika Ukrayna müxalifətini Ədliyyə Nazirliyini tutmağa təhrik edib


Maydan etirazları zamanı ABŞ-ın Ukraynadakı agentləri ölkə müxalifətini Ədliyyə Nazirliyinin binasını ələ keçirməyə təhrik ediblər.

Newscenter.az TASS-a bu, keçmiş ukraynalı zabit Vasili Prozorovun kitabının əsasını təşkil edən sənədlərdə deyilir.

Keçmiş zabitin qeydlərində bildirilir ki, Maydan ərəfəsində ABŞ kəşfiyyatı Ukraynada Rusiya ilə əlaqəsi olan şəxsləri axtarırdı.

Daha sonra qeyd olunur ki, Amerika diplomatı T.Perqalski müxalifət fəalları, o cümlədən A.Danylyuk ilə daim əlaqə saxlayır. 2014-cü il yanvarın 27-də amerikalı Ukrayna Ədliyyə Nazirliyinin binasının “Ümumi iş” fəalları tərəfindən ələ keçirilməsi ilə bağlı bu Ukrayna vətəndaşı ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Kiyevin mərkəzində iğtişaşlar 2013-cü ilin sonlarında başlayıb. Ukrayna paytaxtının Müstəqillik meydanında keçirilən etiraz aksiyalarının təşkilatçıları Yanukoviçi Aİ ilə Assosiasiya sazişini imzalamaqdan imtina etməkdə ittiham ediblər.

Cavid
Xəbəri paylaş