
"Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampın kapitulyasiya aktı olan "sülh planın" qəbul etmədiyini xalqa müraciətində qeyd etdi. V. Zelenski 2019-cu il prezident seçkilərində ölkənin suverenliyini və təhlükəsizliyini qoruyacağına and içmişdi".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib Onun sözlərinə görə, əgər, Ukrayna prezidenti D. Trampın şərtini qəbul edərsə, andını pozacaq:
"Ukraynanın ərazi bütövlüyü və suverenliyi pozulacaq. Qəbul etməsə, müharibə və soyuq qış. V. Zelenski çıxışında 2019-cu ildə verdiyi sözün üstündə duracağını vurğuladı.
Böyük Britaniya, Fransa və Almaniya başda olmaqla Avropa V. Zelenskini dəstəkələyir. Ukrayna müharibəsi V. Zelenskinin müharibəsi deyil ki, əraziləri Rusiyaya güzəştə getsin".
Anar Əliyev









































