Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət bu il uşaq dünyaya gətirən analara nə qədər vəsait ödəyib?

Dövlət bu il uşaq dünyaya gətirən analara nə qədər vəsait ödəyib?



Bu il dövlət müavinətlərindən və sosial sığorta fondundan uşaq dünyaya gətirən 286 min ana 51,7 milyard tenge alıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Bildirilib ki, uşaq 1,5 yaşına çatana qədər uşaq doğuşu və ona qulluq üçün isə ümumilikdə 692 milyard tenge ayrılıb. Bu ödəniş 508 min nəfərə çatıb.

Bu müavinət Qazaxıstan vətəndaşları, qohumları, eləcə də Qazaxıstanda daimi yaşayan əcnəbilər üçün də əlçatandır.

Məlumatda o da qeyd edilib ki, təkcə oktyabr ayında 126,8 min nəfər 3,7 milyard tenge məbləğində ödəniş alıb.

Cavid
Xəbəri paylaş