
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikaya səfər edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçiriləcək 20-ci G20 Liderlər Zirvəsində iştirak etmək üçün bu ölkəyə gedib. Türkiyə lideri 21-23 noyabr tarixlərində Cənubi Afrikada olacaq.
Qeyd edək ki, dünya liderləri G20 Zirvəsində iştirak etmək üçün Cənubi Afrikada toplaşacaqlar. Ən böyük 20 iqtisadiyyatın liderləri qlobal məsələləri müzakirə edəcəklər.
Prezident Ərdoğan sammit çərçivəsində Cənubi Afrika prezidenti Siril Ramafosa da daxil olmaqla G20 liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcək.
Keçiriləcək görüşlərin gündəliyinə Qəzzada davamlı sülh və Rusiya-Ukrayna müharibəsi daxil olacaq.
Süleyman










































