
"Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə idi. Bu gün hər birimiz, Azərbaycanın siyasi həyatı üçün əlamətdardır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Səyyad Aran deyib. Millət vəkili bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranmasını bütün SSRİ gözləyirdi:
"Hətta o vaxtlar deyirdilər ki, SSRİ-nin rəhbərliyində Ulu Öndər Heydər Əliyev olsaydı ittifaq dağılmazdı. Heydər Əliyev elə böyük siyasi iradəyə, təcrübəyə malik idi".
Səyyad Aran deyib ki, Azərbaycanın bu günkü uğurları məhz Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır.
Süleyman.









































