Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın paytaxtı köçürülə bilər

İranın paytaxtı köçürülə bilər



İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtı Tehranın başqa yerə köçürülməsi zərurətini bir daha qeyd edib.

Newscenter.az bildirir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Agentlik yazır ki, prezidentin bu qərarına şəhərin həddindən artıq çoxluğu və su qıtlığı səbəb olub. Pezeşkian vurğulayıb ki, əgər metropolun əhalisi artmaqda davam edərsə, su ehtiyatları onun bütün sakinlərini təmin etmək üçün kifayət etməyəcək.

"Bizim başqa seçimimiz yoxdur. Bu zərurətdir", - prezident deyib.

Pezeşkian onu da əlavə edib ki, oxşar problem təkcə Tehrana deyil, İranın bəzi digər bölgələrinə də təsir edib.

Bundan əvvəl İslam Respublikası prezidentinin nümayəndəsi Əli Əbdüləlizadə bildirmişdi ki, İran paytaxtının Tehrandan başqa yerə köçürülməsi məsələsi müzakirə olunmur və şəhərin su qıtlığını aradan qaldırmaq üçün Fars körfəzindən suyun çəkilməsi layihəsi hazırlanıb.

Cavid
Xəbəri paylaş