
Özbəkistan və Çin 2026-2027-ci illər üçün Əməkdaşlıq Proqramı imzalayıblar.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sənəd Strateji Dialoqun növbəti iclası çərçivəsində imzalanıb.
Belə ki, Daşkənddə Özbəkistan Xarici İşlər Naziri Bəxtiyor Saidov və Çin Xarici İşlər Naziri Vanq Yinin iştirakı ilə Strateji Dialoqun növbəti iclası keçirilib.
Danışıqların əsas mövzusu ikitərəfli və regional əməkdaşlıq, eləcə də regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məsələləri olub.
Tərəflər həmçinin siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi və mədəni və humanitar mübadilələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Süleyman









































