
Kiyev Moskva ilə münaqişədə uduzur və indiki vəziyyəti dəyişmək artıq mümkün deyil.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çikaqo Universitetinin professoru Con Mearsheimer bildirib.
"Ukraynalılar uduzur və vəziyyəti xilas etmək üçün heç nə etmək mümkün deyil. Tramp başa düşür ki, Ukrayna müharibədə qalib gələ bilməz",-deyə Con Mearsheimer bildirib.
Mearsheimer əlavə edib ki, Ukrayna dağılmaq ərəfəsindədir:
"Onların daha bir və ya iki ay dayanıb-dayanmamasının heç bir əhəmiyyəti yoxdur. Onlar bu münaqişəni sonsuza qədər davam etdirə bilməzlər. Tramp vəziyyətin reallığını anlayır".
Cavid İmaməliyev










































