Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna planı Rusiya və ABŞ zirvə görüşünü daha da yaxınlaşdıracaq-Orban

Ukrayna planı Rusiya və ABŞ zirvə görüşünü daha da yaxınlaşdıracaq-Orban


Ukraynadakı münaqişənin həlli üçün yeni Amerika planı ABŞ və Rusiya arasında razılaşma və iki ölkə prezidentlərinin Budapeştdə görüşü üçün əsas ola bilər.


Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"28 bənddən ibarət və rəsmi olaraq Ukraynaya təhvil verilmiş Amerika sülh planının mövcudluğu rəsmi olaraq təsdiqləndi. Bu sülh planında ruslar və amerikalıların əvvəllər bir-biri ilə müzakirə etdikləri təkliflər var. Düşünürəm ki, növbəti iki-üç həftə həlledici olacaq", - deyə Orban bildirib.

Onun fikrincə, yeni Amerika planı Ukrayna münaqişəsinin həllinə ümid verir.

Qərb kütləvi informasiya vasitələrinin xəbərinə görə, Ukrayna Krım və Donbassı güzəştə getməlidir.

Bunun müqabilində Kiyev Amerika və Avropa təhlükəsizlik zəmanətləri alır.

Fuad
Xəbəri paylaş