Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın bütün istilik və su elektrik stansiyaları zədələnib

Ukraynanın bütün istilik və su elektrik stansiyaları zədələnib


Ukraynanın bütün əsas istilik və su elektrik stansiyaları zədələnib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, onların hasilatı əhəmiyyətli dərəcədə azalıb.

Noyabrın əvvəlində Ukrayna hakimiyyəti enerji infrastrukturuna daha çox ziyan vurulduğunu bildirib. Bu səbəbdən “Centrenergo” dövlət şirkətinə məxsus hər iki istilik elektrik stansiyasının (İES) – Xarkov vilayətindəki Zmiyevska və Kiyev vilayətindəki Trypilska-nın bağlandığı bildirilir.

Yerli media İvano-Frankovsk vilayətində Burştinska İES yaxınlığında partlayışlar baş verdiyini yazıb. İstehsalçı və paylayıcı infrastrukturun geniş şəkildə zədələnməsi səbəbindən ölkədə elektrik enerjisinin gündəlik kəsilməsi baş verir.

Cavid
Xəbəri paylaş