Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

7 milyona yaxın əcnəbi haqqında məlumat bazası toplanıb

7 milyona yaxın əcnəbi haqqında məlumat bazası toplanıb


Rusiyada 2024-cü ildən bəri təxminən 7 milyon xarici vətəndaşın biometrik məlumat bazası toplanıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksandr Qrebenkin deyib.

"Moskva hava nəqliyyatı qovşağının dövlət sərhəd buraxılış məntəqələrində və Orenburq vilayətindəki Maştakovo avtomobil buraxılış məntəqəsində xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş-çıxış qaydaları və şərtlərinin, o cümlədən onların biometrik fərdi məlumatlarının toplanmasının sınaqdan keçirilməsi üçün eksperiment aparılır. Bu eksperiment zamanı 2024-cü il dekabrın 1-dən indiyədək xarici vətəndaşların biometrik məlumatları ilə bağlı təxminən 7 milyon biometrik məlumat bazası yaradılıb. Rusiyaya saxta sənədlərlə daxil olmağa cəhd edən, giriş məhdudiyyəti olan və ya cinayət törətdiklərinə görə axtarışda olan 40 mindən çox şəxs müəyyən edilib”,-deyə Qrebenkin söyləyib.

Qrebenkin bildirib ki, xarici vətəndaşların Rusiya Federasiyasına səfərinin xüsusi mobil proqram vasitəsilə ilkin təsdiqini nəzərdə tutan pilot layihənin ikinci mərhələsi 2025-ci ilin iyununda başlayıb:

“Ötən dövr ərzində daxili işlər orqanları təxminən 94,1 min belə müraciətə baxıb, 91,800 səfərə icazə verib, 2 xarici vətəndaşın ölkəyə girişinə məhdudiyyət qoyulub, 300-dən çox xarici vətəndaş müəyyən edilib".

Süleyman
Xəbəri paylaş