Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baku Electronic-in müştəri məmnuniyyəti yoxsa müştəri məmnuniyyətsizliyi xidməti?

Baku Electronic-in müştəri məmnuniyyəti yoxsa müştəri məmnuniyyətsizliyi xidməti?



Baku Electrinics bərbad xidmət mədəniyyətinə malik şirkətdir.

Newscenter.az xəbər verir ki, bunu ictimai fəal Rəşad Quliyev deyib. O bildirib ki, indiyə qədər belə bir bərbad xidmətlə qarşılaşmayıb:

"İlk gündən bu şirkət xidmətində, sənədləşdirməsində ciddi qüsurları ilə yadda qaldı. Əvvəlcə Yasamalda (İnşaatçılar metrosu istiqamətində) yerləşən filiallarında sənədləşmədə yaratdıqları texniki səhvləri ucbatından mənim 2-dəfə ora qayıtmağıma səbəb oldular.

Daha sonra isə aşağıdakı problemləri mənə yaşatdılar.

1. Texniki avadanlığı alarkən sənədləşmə qüsurları;

2. Daha sonra mənim adıma olmayan telefonun zəmanət talonunun mənim adıma rəsmləşdirilməsi.

3. Avadanlığın (konkret olaraq isə apple note book) ilk gündən zavod istehsalında yaranmış problemlər (donmalar).

4. Sonda isə ekranda mövcud olan boşluqdan sonra ekranın görüntüsünün pozulması. Avadanlıq yerə düşməyib, zədələnməyib niyə avadanlıqda ekran boşluğu olmalıdır?

5. Müştəri məmnuniyyət şöbəsinin əməkdaşlarının şikayətimi tam dinləmədən yersiz replikalarla cavab verməsi, izahatımı tam dinləmədən mövqe bildirilməsi".

O qeyd edib ki, hazırda isə Baku Servis Company qarantiya əsasında yaranmış nasazlığı aradan qaldırmalıdı və ona əlavə olaraq 1700 AZN ödəniş etməlidir. Note Bookun yenisi 2900 AZN ancaq sırf ekranın təmiri 1700 manat.

Qeyd edim ki, qarantiya – alıcının hüquqlarını qoruyan, istehsal qüsurları zamanı cihazın ödənişsiz təmiri və ya dəyişdirilməsidir. Mən bildirirəm ki zavod detallarında qüsurlar mövcud olub. Bu haqda faktım da var.

Hansı ki, problem ilk vaxtlardan var zamanlar həll olunacağını düşünsəm də olmadı. Birmənalı olaraq bu istehlakçı hüququnun pozulması halıdır və BAKU Elektronics əməkdaşlarının səriştəsizliyidir".

Süleyman
Xəbəri paylaş