
2025-ci ilin ilk 10 ayında Özbəkistana 9,7 milyon turist səfər edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 milyon nəfər və ya 50 faiz çoxdur.
Newscenter.az "Sputnik Özbıkistan"a istinadən bildirir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Özbəkistana əsas turist axını qonşu ölkələrdən olub.
Turist sayına görə ilk 5 ölkə sırasında birinci yeri Qırğızıstan tutur. Hesabat dövründə Qırğızıstandan Özbəkistana 2,8 milyon turist gəlib. Ondan sonrakı yeri 2,3 milyon turistlə Qazaxıstan tutur.
Turist sayına görə, sonrakı yerləri isə Tacikistan, Rusiya və Əfqanıstan bölüşdürür.
Süleyman











































