Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moldova yanacaq böhranı yaşayır

Moldova yanacaq böhranı yaşayır


Molodova ciddi yanacaq böhranı ilə qarşı-qarşıyadır.

Newscenter.az TASS-a istinadən bildirir ki, vəziyyətin ciddiliyini nəzərə alan ölkənin Maliyyə Nazirliyi yaranan yanacaq çatışmazlığı təhlükəsi ilə əlaqədar dövlət qurumlarını yanacağa qənaət etməyə çağırıb. Buna səbəb kimi isə ABŞ-ın “Lukoyl”a qarşı tətbiq etdiyi sanksiyalar göstərilib.

"Biz dövlət qurumlarını yanacaq sərfiyyatını optimallaşdırmağa və mövcud resursları ehtiyatla idarə etməyə çağırırıq. Tətbiq olunan sanksiyalar nəticəsində təsərrüfat subyektinin artıq öz müqaviləsi üzrə dövlət öhdəliyini yerinə yetirə bilməməsi riski yaranır",-deyə nazirliyin açıqlamasında bildirilir.

Daha əvvəl Moldovanın energetika naziri Dorin Jungietu bildirmişdi ki, Lukoil-Moldova ölkənin benzin idxalının təxminən 50%-ni və dizel yanacağı idxalının 30%-ə qədərini təşkil edir. Bundan əlavə, şirkət bütün yanacaqdoldurma məntəqələrinin və Kişinyov hava limanının xidmətlərinin təxminən 20%-nə sahibdir.

Süleyman
Xəbəri paylaş