Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pentaqon Rusiya-ABŞ məsləhətləşmələrini müsbət qiymətləndirib

Pentaqon Rusiya-ABŞ məsləhətləşmələrini müsbət qiymətləndirib


Pentaqon Əbu-Dabidə keçirilən Rusiya-ABŞ məsləhətləşmələrini müsbət qiymətləndirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Pentaqon ABŞ ordusunun yüksək rütbəli rəsmisi Daniel Driskolun Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə Ukraynada nizamlanma ilə bağlı məsələlər ətrafında məsləhətləşmələr apardığını açıqlayıb.

"Driskoll və onun komandası Ukraynada davamlı sülhün bərqərar olması üçün Rusiya nümayəndə heyəti ilə danışıqlar aparır. Danışıqlar yaxşı gedir və biz nikbinik. Driskoll danışıqların gedişi ilə Ağ Evlə sıx koordinasiyanı və qurumlararası əməkdaşlığı davam etdirir", - deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, müzakirələr əsasən Ağ Ev rəhbəri Donald Trampın sülh planı ətrafında aparılır.

Cavid
Xəbəri paylaş