
Avropa İttifaqı və NATO-ya üzvlüklə bağlı məsələlər hələlik Ukraynadakı münaqişənin həlli üzrə danışıqların gündəliyindən çıxarılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlində iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə birgə mətbuat konfransında deyib.
"NATO, Avropa və Aİ-yə təsir edən məsələlər indi ABŞ, Ukrayna və Rusiya arasında danışıqlardan kənarlaşdırılıb. Bu məsələlər biz avropalılarla müzakirə edilməlidir. Biz istənilən vaxt danışıqlara hazırıq, lakin müharibə başa çatmalıdır”, - deyə o, bildirib.
Almaniya XİN rəhbərinin sözlərinə görə, ilk növbədə Ukrayna və Rusiya arasında həqiqi danışıqlara aparan yol lazımdır.
Cavid










































