
Novorossiyskdə Xəzər Boru Kəməri Konsorsiumunun terminal binasına dəyən ziyan Qazaxıstanın neft ixracına təsir etməyib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, neftin nəqli və göndərilməsi normal şəkildə davam edir və Qazaxıstan ərazisində qəbul işləri məhdud deyil.
Qeyd edək ki, Ukrayna dronlarının Cənubi Ozereyevkadakı Xəzər Boru Kəməri Konsorsiumunun terminalının inzibati binasına zərər vurduğu bildirilmişdi. Xəsarət alan olmayıb, işçilər təxliyə edilib və yük əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
Krasnodar diyarının qubernatoru hücumu son dövrlərdə ən kütləvi hücumlardan biri adlandırıb.
Fuad











































