
Honq-Konqda yaşayış kompleksində başlayan yanğını söndürmək üçün ümumilikdə 128 yanğınsöndürən maşın cəlb edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə South China Morning Post məlumat verib. Bildirilib ki, bundan başqa əraziyə 400 polis, və 57 təcili tibbi yardım maşını cəlb olunub. Bütün səylərə baxmayaraq, yanğın söndürülməyib.
Son məlumatlara görə, yanğınsöndürən də daxil olmaqla 13 nəfər ölüb, ən azı 16 nəfər isə ağır xəsarətlər və yanıqlar alıb.
Qeyd edək ki, yanğın Honq-Konqun "Yeni ərazilər" adlanan Tai Po rayonunda Van Fook Court kompleksinin səkkiz hündürmərtəbəli binasını əhatə edib. Kompleksdə 2000-ə yaxın mənzil var və təxminən 4000 sakin yaşayır.
Cavid










































