
BelTA-nın məlumatına görə,
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinə Ukrayna münaqişəsinin həlli üçün yenidən Minskdə danışıqlar aparmağı təklif edib.
Newscenter.az BelTA-ya istinadən bildirir ki, Belrus prezidenti bunu Bişkekdə keçirilən görüşdə deyib.
"Əgər Minskə qayıtmaq istəyirsinizsə, biz həmişə hazırıq", - deyə Lukaşenko qeyd edib.
Qeyd edək ki, 2014-2021-ci illərdə Belarus paytaxtında müxtəlif formatlarda və müxtəlif səviyyələrdə keçirilən danışıqlar nəticəsində iki Minsk sazişi qəbul edilib.
Bundan əlavə, Belarus ərazisində Ukraynanın şərqindəki vəziyyətin sülh yolu ilə həlli üzrə Üçtərəfli Təmas Qrupunun iclasları da keçirilib.
Cavid










































