
Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 60 milyard dollara çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, Özbəkistanın isə Avropa İttifaqı ilə ticarət dövriyyəsi 6 milyard dolları keçib. Məlumata görə, Özbəkistanda mindən çox şirkət Avropa İttifaqı kapitalının iştirakı ilə fəaliyyət göstərir. Tərəflər arasında bu məqsədlə möhkəm təməllər qoyulduğu üçün qarşıdakı illərdə daha da böyük artım gözlənilir.
Qeyd edilir ki, bu gün Avropa İttifaqı ölkələri ilə strateji sahələrdə, xüsusən də vacib minerallar, "yaşıl" enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı və əczaçılıq kimi sahələrdə konkret layihələr və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılır. Bu sahələrə böyük maraq var. Əgər əvvəlki illərdə inkişaf etmiş ölkələrdən investorlar bu cür forumlarda iştirak edirdilərsə, bu gün onların coğrafiyası xeyli genişlənib.
Süleyman










































