
Litva hakimiyyəti Belarusla sərhəddə yaranmış vəziyyətdə dəcəl uşaqlar kimi aparır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko deyib.
"Bu, siyasi oyundur. Bu, uşaqlara bənzəyir ki, kimdənsə və hansı səbəbdən inciyir. Əminəm ki, gec-tez buna son qoyulacaq. Dövlət başçısı Aleksandr Lukaşenkonun dediyi kimi, bu, Xarici İşlər Nazirliyi ilə danışıqlar yolu ilə sivil həll olmalıdır",-deyə İqor Sergeyenko bildirib.
Qeyd edək ki, oktyabrın 29-da Litva birtərəfli qaydada Belarusla sərhədini bir ay müddətinə bağlayıb. Buna cavab olaraq Minsk Litva yük maşınlarının sərhədi keçməsini dayandırıb və onları pullu dayanacaqlarda saxlatdrıb. Nəticədə 1800-dən çox Litvalı yük maşını Belarusda qalıb.
Cavid










































