Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rumıniyada Rusiyaya qarşı sanksiyaları pozanlar məsuliyyətə cəlb ediləcək

Rumıniyada Rusiyaya qarşı sanksiyaları pozanlar məsuliyyətə cəlb ediləcək


Rumıniyanın Deputatlar Palatası (parlamentin aşağı palatası) böyük səs çoxluğu ilə hökumətin beynəlxalq sanksiyalar haqqında fərmanına düzəlişləri təsdiqləyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, dəyişikliklərə əsasən, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların pozulması cinayət sayılır.

“Qanun layihəsində nəzərdə tutulur ki, beynəlxalq sanksiyaların, o cümlədən Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların pozulması və ya yayınma Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsinin (DIICOT) yurisdiksiyasında ciddi cinayətə çevriləcək”, - Rumıniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan başqa, qanun sanksiyaların tətbiqi ilə məşğul olan orqanlar arasında qarşılıqlı fəaliyyət və əlaqələndirmə mexanizmlərini aydınlaşdırır və sanksiyalara məruz qalan təşkilatlara dəstək verən fiziki və hüquqi şəxslər üçün cinayət məsuliyyəti müəyyən edir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, düzəlişləri qəbul etməklə, Rumıniya öz milli qanunvericiliyinə Avropa sanksiyalarından yayınmağı və pozmağı cinayət hesab edən Aİ direktivini daxil edib.

Anar
Xəbəri paylaş